Təbriklər, “12-ci oyunçu”!
22.02.2014 - 12:59
Təbriklər, “12-ci oyunçu”!
Bu gün “12-ci oyunçu” azarkeş qrupunun ad günündür. Apasport.az saytının məlumatına görə, 2008-ci ilin 22 fevral tarixində “Xəzər Lənkəran”ın Lənkəranda yaşayan fəal azarkeşləri bir araya gələrək, “12-ci oyunçu” müstəqil fan-klubunun ilk təsis yığıncağını keçirdiblər.

Məhz bu tarix 1 il fan-klub olaraq, 2009-cu ildən bəri isə azarkeş qrupu formasında fəaliyyət göstərən “12-ci oyunçu”nun rəsmən yaranması günü kimi qeyd edilir. Bu gün həm də 12cioyuncu.info saytının 5-yaşı tamam olur.

Apasport.az saytı olaraq, “12-ci oyunçu” azarkeş qrupunun bütün üzvlərini təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.