Təbriz Həsənov: Komandadan tam razı qalmadım
26.02.2014 - 10:38
"Bu toplanışda ikinci oyunumuzu keçirdik. İlk oyunda yaşca özümüzdən böyüklərlə qarşılaşdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması baş məşqçisi Təbriz Həsənov deyib.
Təcrübəli mütəxəssis İspaniyanın "Atletiko" (Madrid) klubunun U-16 komandası ilə yoldaşlıq oyunu haqqında fikirlərini AFFA-nın rəsmi saytına açıqlayıb: “Uduzmağımıza baxmayaraq, pis oynamadıq, sona qədər mübarizə apardıq. Həmyaşıdlarımıza qarşı keçirdiyimiz bu oyunda isə fərqli tapşırıqlar vermişdim. 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandadan tam razı qalmadım. Amma bu da təbiidir. Çünki bu komanda ilə beynəlxalq səviyyəli ilk oyunumuzu keçirirdik. Belə oyunların sayı çox olsa, uşaqlar sürətli oyuna tez alışacaqlar".
Qeyd edək ki, yığmamızın “Atletiko” ilə oyunu 1:1 hesabı ilə başa çatıb.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0