Təbriz klubu Asiya Çempionlar Liqasına qələbə ilə başladı
26.02.2014 - 22:15
Təbriz klubu Asiya Çempionlar Liqasına qələbə ilə başladı

Futbol üzrə  İran çempionatında mübarizə aparan Təbrizin “Traktorsazi” klubu Asiya Çempionlar Liqasında ilk oyununa çıxıb.

 

APA-nın verdiyi məlumata görə, Təbriz klubu bu gün saat 16:30-da “Səhənd” stadionunda Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasını qəbul edib. Qarşılaşmanın ilk hissəsi bərabər mübarizə şəraitində keçib, hətta “Traktorsazi” oyunu azlıqda davam etdirib. Belə ki, Təbriz komandasının oyunçusu Əli Kərimi 59-cu dəqiqədə ikinci sarı kart alaraq, qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Ancaq Toni Oliveyranın yetirmələri oyundan üç xalla ayrılmağa nail olublar. Qarşılaşmanın 82-ci dəqiqəsində Kərim Ənsarifərd Təbriz komandasına qələbə gətirən yeganə qola imza atıb – 1:0. Qarşılaşmanı 50 min azarkeş izləyib.

 

Qeyd edək ki, Təbriz klubunun Asiya Çempionlar Liqasının C qrupundakı digər rəqibləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər komandalarıdır.