Təmsilçimiz 75 dəqiqə oyunadı, komandası uduzdu
07.09.2014 - 15:46
Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədən yararlanan "Altınordu" yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, PTT I liqa klubu Superliqada çıxış edən "Akhisar Bələdiyyəspor"la üz-üzə gəlib.
Qarşılaşma Akhisar təmsilçisinin minimal hesablı qələbisi ilə başa çatıb.
Qeyd edək ki, "Altınordu"da forma geyinən 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaş meydana start heyətdə çıxıb. Yarımmüdafiəçi oyunun 75-ci dəqiqəsində Taha Balcı ilə əvəzlənib.
0
0