Təmsilçimiz serb klubu ilə sülh bağladı
17.11.2014 - 01:36
Təmsilçimiz serb klubu ilə sülh bağladı

Qadın həndbolçular arasında “Çelenc Cup”ın III təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, sözügedən turnirdə mübarizə aparan ABU klubu II görüşünü keçirib.

 

Konstantin Ruvinskinin yetirmələri bir gün öncə məğlub etdikləri Serbiya təmsilçisi “Srvena Zvezda” ilə üz-üzə gəlib. Matçda qalib müəyyənləşməyib. Fasiləyə 12:10 hesablı üstünlüklə yollanan komandamız ikinci yarıda üstünlüyü qoruya bilməyib və oyun sülhlə başa çatıb – 23:23.

 

ABU-nun heyətində Matra Abbasa 6, İnarə Yusibova 5, İranə Qasımova 4, Səbinə Deqtiaryeva 3, Günel Əliyeva ilə Olqa Poqonina hərəyə 2 və Ülviyyə Şərifova 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, ABU ilk matçında serb klububu 31:29 hesabı ilə məğlub etmişdi.