Təmsilçimiz üçün yeni sponsor
11.09.2014 - 19:21
Təmsilçimiz üçün yeni sponsor

Azərbaycanlı futbolçu Ayaz Mehdiyevin heyətində çıxış etdiyi "Girəsunspor" yeni sponsorla müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandasının rəhbərliyi limonad istehsalçısı olan "Freşa" şirkəti ilə anlaşıb.

 

Müqavilənin şərtlərinə əsasən, "Girəsunspor"un ev oyunu zamanı stadion tribunalarında sözügedəb şirkətin reklam lövhələri yerləşdiriləcək. Həmçinin komandanı içk ilə də "Freşa" təmin edəcək.

 

Qeyd edək ki, "Girəsunspor" PTT I Liqasının II turunda doğma azarkeşləri önündə “Adana Dəmirspor”u sınağa çəkəcək. Mehdiyevin komandası ilk turda səfərdə “Samsunspor”la qarşılaşıb. 0:0 hesabı ilə başa çatan oyunda təmsilçimiz heyətə daxil edilməmişdi.