Ter Ştegen milliyə dəvət aldı, ancaq...
07.06.2015 - 18:01
Ter Ştegen milliyə dəvət aldı, ancaq...

“Barselona” ilə Çempionlar Liqası kubokunu qazanmış alman qapıçı Andre Ter Ştegen ölkəsinin milli komandasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, qapıçı əsas milliyə deyil, gənclər arasında keçiriləcək Avropa çempionatına iştirak etmək üçün U-21 yığmasına cəlb olunub.

 

Qeyd edək ki, gənclər arasında baş tutacaq Avro-2015 Çexiyada keçiriləcək. Almaniya milli komandası Çexiya, Danimarka və Serbiya ilə eyni qrupda mübarizə aparacaq.