Tərlan Əhmədov: Futbolçular sona qədər vuruşdular
18.10.2014 - 19:15
Tərlan Əhmədov: Futbolçular sona qədər vuruşdular

“Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də “Araz Naxçıvan” qələbə qazanmaq istəyirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Bu gün Topaz Premyer Liqasında VIII turun daha 2 görüşü keçirilib. “Araz Naxçıvan” evdə AZAL-la qarşılaışıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

“Təyyarəçilər”in baş məşqçisi Əhmədov oyundan səfərdə qazandıqları 1 xaldan danışıb: “Futbolçular sona qədər vuruşdular. Hər iki komandanın istəyi çox olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində  2 qol buraxdıq. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq”.(pfl)