Tərlan Əhmədov: Hərdən məndə futbola qarşı antipatiya yaranır
20.11.2014 - 18:55
Tərlan Əhmədov: Hərdən məndə futbola qarşı antipatiya yaranır

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXII turunda keçirilən "Qəbələ" matçından sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis evdəki 3:3 hesablı heç-heçəni belə şərh edib:

 

“Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək”. İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü ildən bəri öz meydançamızda qələbə qazana bilmirik. Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır".