Tərlan Əhmədovun gözü yolda
18.06.2014 - 10:39
Tərlan Əhmədovun gözü yolda

“Təlim-məşq toplanışına 12 nəfərdən çox əcnəbi futbolçu dəvət edəcəyik”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

Gənc mütəxəssis baxışa dəvət edilən futbolçulardan hansılarının AZAL-ın təlim-məşq toplanışına gələcəyinin bu gün bəlli olacağını bildirib: “Bizim danışıq apardığımız, baxışa dəvət etmək istədiyimiz futbolçulardan hansılarının toplanışa gələcəyi bu gün bəlli olacaq. Onların viza üçün pasportlarını göndərməsini gözləyirik. Bu futbolçular tək Afrika ölkələrini təmsil etmir. Aralarında Bosniya-Herseqovina, Makedoniya, Bolqarıstan kimi ölkələrdən olanlar da var. Kamerun və Qanadan da bir neçə futbolçu gələcək. Onların sayı 12-dən də çox ola bilər. Baxışda qərarımızı verəcəyik”.

Əhmədov “Rəvan”dan Orxan Lalayevi də icarəyə götürəcəklərini bildirib: “Bu gün “Rəvan”dan daha bir futbolçunu icarəyə götürəcəyik. Gənc müdafiəçi Orxan Lalayev ilə çox güman ki, axşama qədər müqavilə bağlayacağıq. Başqa yerli futbolçu transfer etmək fikrimiz yoxdur. Mən əsasən 5 futbolçu almaq istəyirdim ki, onların da hamısını həyata keçirdim. İndi bütün fikrimizi legionerlərə yönəldəcəyik”.

0