Teves “Yuventus”dan ayrılır
17.06.2015 - 19:28
Teves “Yuventus”dan ayrılır

Turinin “Yuventus” klubunun hücumçusu Karlos Teves “Boka Xuniors”a keçməyə çox yaxındı. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu artıq yeni klubu ilə 3 illik müqavilənin detallarını dəqiqləşdirib.

 

Xəbərdə bildirilir ki, turinlilər bu keçiddən 5 milyon avro qazanacaqlar.

 

Xatırladaq ki, Tevesin “qoca sinyora” ilə olan mövcud müqaviləsi 2016-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.

 

Argentinalı hücumçu geridə qalan mövsümdə A seriyasında keçirdiyi 32 görüşdə 20 qol vuraraq bombardirlik yarışında 3-cü olub.