Teves atasının xilası üçün 40 min avro ödəyib
31.07.2014 - 05:58
Teves atasının xilası üçün 40 min avro ödəyib

 

“Yuventus”un futbolçusu Karlos Teves dünən səhər cinayətkarlar tərəfindən oğurlanan atasının özünü yaxşı hiss etdiyini bildirib. Apasport.az saytının məlumatına görə, futbolçu onu dəstəkləyən bütün insanlara təşəkkürünü çatdırıb.

 

Hadisə iyulun 30-da səhər saatlarında baş verib. Cinayətkarlar Tevesin atasını girov götürərək, onun əvəzində pul istəyiblər. Hadisə öncədən planlaşdırılmayıb və gözlənilmədən baş verib. Tevesin ailəsi 40 min avro ödəyəndən sonra futbolçunun atası sərbəst buraxılıb. İtaliyada olan Teves vətəninə yollanmaq üçün aeroporta getsə də, atasının artıq buraxıldığını eşidərək, komandanın bazasına qayıdıb.

 

Teves sosial şəbəkədəki səhifəsində onu dəstəkləyən bütün insanlara təşəkkür edib: “Mənim atam təhlükəsiz yerdədir, sağ-salamatdır və özünü yaxşı hiss edir. Bu ən əsasıdır! Ailəmə kömək edən federal polis əməkdaşlarına da təşəkkür etmək istəyirəm. Mən hamıdan xahiş edirəm ki, Argentinanın çiçəklənməsi üçün birləşsinlər və mübarizə aparsınlar. Təəssüflə etiraf edirəm ki, vətənimi tənqid etmək asandır. Amma Argentina bütün çatışmazlıqlarına baxmayaraq mənim vətənimdir və mən onu sevirəm”.

 

 

0