Teves üçün 2 milyon və 2 futbolçu
22.06.2015 - 22:16
“Boka Xuniors” rəhbərliyi Karlos Teves transferi üçün “Yuventus”a təklifini açıqlayıb. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, argentinalılar hücumçu üçün “qoca sinyora”ya 2 milyon avro və iki futbolçunun transfer haqqını vermək istəyir.
Gənc futbolçular Nikolas Kolaso və Qido Vadalın Turinə köçməsinə “Yuventus” rəhbərliyinin nə reaksiya verəcəyi maraqla gözlənilir.
Xatırladaq ki, Teves bir neçə dəfə Argentinaya qayıtmaq istədiyini bildirib.
0
0