“Yuventus”un argentinalı hücumçusu Karlos Tevez karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Liverpul” danışıq aparır.
“Mersisaydlılar”ın baş məşqçisi Brendan Rocers rəhbərliklə söhbətində Tevezin alınmasını tələb edib. Bundan sonra hərəkətə keçən ingilislər təcrübəli forvardla danışığa start veriblər.
Tevezin “Yuventus”la müqaviləsi qaldığından, bu transferin baş tutması üçün “Liverpul” rəhbərliyi ilk növbədə, turinlilərin razılığını almalıdı. “Qoca sinyora” isə argentinalı ilə yolları ayırmaq haqda düşünmür.
Qeyd edək ki, karyerası ərzində İngiltərənin “Vest Hem”, “Mançester Yunayted” və “Mançester Siti” klublarının formasını geyinmiş Tevez 2013-cü ildən “Yuventus”da çıxış edir. O, hazırkı komandasında ümumilikdə 93 oyunda 50 qola imza atıb.