Tevez keçmiş klubunun hədəfində
10.04.2015 - 23:10
Argentinanın köklü klubu “Boka Xuniyors” Karlos Tevezi heyətinə qatmaqda israrlıdı. Apasport.az saytı xəbər verir ki, indiki sahibi Maurisiyo Makri yenidən bu posta seçilərsə, “Yuventus”un hüçumçusu ilə razılıq əldə olunacaq.
“La Qazetta dello Sport”un məlumatına görə, hər şeyin yolunda gedəcəyi təqdirdə, Tevezə 10 milyonluq təklif ediləcək. Futbola məhz bu komandada başlayan forvard, karyerasını orda da bitirmək istədiyini dəfələrlə vurğulayıb.
Xatırladaq ki, Tevez builki çempionatda “Yuventus” forması ilə çıxdığı 37 qarşılaşmada 25 qol vurub, 8 məhsuldar ötürmə edib.
0
0