[b]Təxirə salınan oyunların vaxtı açıqlandı[/b]
11.09.2014 - 17:00
[b]Təxirə salınan oyunların vaxtı açıqlandı[/b]

Topaz Premyer Liqasının əvvəlki turlarından təxirə salınan oyunların keçirilmə vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası I turundan təxirə salınmış “Bakı” – “Simurq”, həmçinin III turdan təxirə salınmış  “Araz Naxçıvan” – “Qarabağ”, AZAL – “Neftçi” oyunlarının keçirilmə tarixini açıqlayıb.

 

I turun qarşılaşması oktyabrın 2-də baş tutacaq. Digər iki görüş isə 2015-ci ildə keçiriləcək. Həmin oyunlar fevralın 24-ə planlaşdırılıb.

 

Qeyd edək ki, təxirə salınan daha bir matç – “Qarabağ”la “Neftçi” arasında Superkubokun taleyinə aydınlıq gəlməyib.