TFF “Fənərbaxça”nı cəzalandırdı
31.01.2014 - 03:55
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi “Fənərbaxça” klubunu cəzalandırıb. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “sarı-lacivərdli” azarkeşlərin stadionda qeyri-etik şüarlar səsləndirməsi və söyüş söyməsi olub.
Superliqa çərçivəsində keçirilən son “Konyaspor” matçı ilə azarkeşlərin cari mövsümdə 5-ci dəfə bu hərəkətləri təkrarlaması klubu pis vəziyyətə salıb. Bu qərardan sonra İstanbul təmsilçisi növbəti çempionat matçını azarkeşlərsiz keçirməli və 150 min türk lirəsi də cərimə ödəməli olacaq.
0
0