TFF “Fənərbaxça”nı cəzalandırdı
27.02.2014 - 21:37
TFF “Fənərbaxça”nı cəzalandırdı

Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi “Fənərbaxça” klubunu cəzalandırıb. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb “sarı-lacivərdli” azarkeşlərin stadionda qeyri-etik şüarlar səsləndirməsi və söyüş söyməsi olub.

 

Superliqanın XXII turu çərçivəsində keçirilən “Elazığspor”la səfər matçındakı bu hərəkət klubu pis vəziyyətə salıb. Bu qərardan sonra İstanbul təmsilçisi növbəti tur “Gənclərbirliyi” ilə evdəki qarşılaşmanı azarkeşlərsiz keçirməli (uşaqlar və qadınlar istisna olmaqla) olacaq.