TFF Fatih Terimlə bağlı qərarını verdi
14.10.2014 - 20:45
TFF Fatih Terimlə bağlı qərarını verdi

Türkiyə millisinin baş məşqçisi Fatih Tərim komamandanın “sükanı arxası”nda qalacaq. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinə uğursuz start verən “ay-ulduzlular” “İmperator”la yollarına davam edəcək.

 

İslandiya (3:0) ilə Çexiya (2:1) məğlubiyyəti və dünən isə Latviya ilə 1:1 hesablı heç heçədən sonra ölkə futbol federasiyası bu gün bununla bağlı qərar verib. 3 oyundan yalnız 1 xal toplamasına baxmayaraq, rəhbərlik komandanı yenidən Tərimin çalışdırmasını açıqlayıb.

 

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Latviya ilə oyunda itirilən 2 xaldan sonra Türkiyə Futbol Federasiyası Fatih Terimi göndərəcəyi bildirilirdi.