PSJ-nin müdafiəçisi Tiaqo Silva, komanda yoldaşı Xavier Pastore üçün xoş sözlər söyləyib. Apasport. az saytının məlumatına görə, o, cari mövsümdə argentinalı ulduzun Zlatan İbrahimoviçdən daha baxımlı oyun sərgilədiyini açıqlayıb.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, hətta braziliyalı Pastoreni Fransa çempionatının ən yaxşısı sayır: “O, ən uğurlu mövsümünü keçirir. Liqanın bombardiri Lyakazettdən də yaxşı təsir bağışlayır. Fikrimcə, indiki vəziyyəti ilə İbrahimoviçdən də üstündü. Çünki Zlatanı da topla təmin edən elə odu”.
Qeyd edək ki, Pastore PSJ forması ilə bu mövsüm 30 oyuna 5 qolun və 13 məhsuldar ötümənin müəllifidi.