Timursuz komandası 3 xala sevinə bilmədi
04.10.2014 - 20:29
Timursuz komandası 3 xala sevinə bilmədi

Türkiyənin PTT I Liqasında V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın sabiq üzvü Timur Temeltaşın formasını geyindiyi "Altınordu" da meydana çıxıb.

 

Ötən tur "Girəsunspor"la oyunda xal itirən (1:1) Timurun komandası bu dəfə də eyni aqibətlə üzləşib. Hərəyə bir dəfə fərqlənən tərəflər qarşılaşmada sülh bağlayıb.

 

Zədə səbəbindən son 3 çempionat və 1 kubok oyununu buraxan sabiq futbolçumuz yenə heyətə daxil edilməyib.

 

Qeyd edək ki,  “Altınordu” 5 oyundan sonra xalını 4-ə çıxarıb və turnir cədvəlinin 11-ci pilləsində yer alır.