“İlk dəqiqələrdən oyun çox əsəbi keçdi. Sonadək belə davam edən görüş ümumilikdə yaxşı alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” klubunun baş məşqçisi Tino Peres deyib.
Futzal üzrə UEFA kubokunun elit-raundunun Rusiya “Dina”sı ilə oyunundan sonra mütəxəssis yetirmələrindən razı qalıb: İlk yarıda bizə çox çətin idi. 5 fol etdik və 1:3 hesabı ilə məğlub duruma düşdük. Amma rəqibdə də çatışmazlıqlar var idi. İkinci hissənin əvvəlində daha yaxşı oynadıq. Buna da sevinirəm. Yarışa yeni komanda ilə gəlmişdik. Amma keçirdiyimiz hər iki matçda çox sayda qol epizodu yarada bildik”.”
Qeyd edək ki, “Araz” 4:5 hesabı ilə uduzmaqla “Dördlər finalı”na yüksəlmək şanslarını itirib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı