Tomas Duli: Azərbaycanla oyunda bunu görmək çox xoş idi
06.03.2014 - 11:11
Tomas Duli: Azərbaycanla oyunda bunu görmək çox xoş idi

“Azərbaycanla oyuna görə xoşbəxtəm. Əlbəttə ki, qələbə qazanmağımızı istəyirdim. Futbolçularımızın daha güclü rəqibə qarşı göstərdiyi oyundan çox razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin millisinin baş məşqçisi Tomas Duli deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığması ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “Rəsmi oyunlarda da bu matçdakı ilə eyni səviyyədə çıxış etməliyik. Azərbaycanla matçda göstərdiyimiz oyunu, hər futbolçunun mübarizə aparmasını görmək çox xoş idi. Malayziya ilə matçdakı kimi yenə də komanda oyunu izlədim. Qol buraxandan sonra da hər hansı təşviş yox idi. Yetirmələrim ruhdan düşmür, bir-birinə kömək edirdi. Mən futbolçularımla fəxr edirəm”.

Qeyd edək ki, BƏƏ-nin Dubay şəhərində keçirilən oyunda millimiz 1:0 hesabı ilə qalib gəlib.