Topaz Premyer Liqasının XXXIV turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək tura “Simurq” – “Bakı” matçı ilə start veriləcək.
Turun ikinci günü “Xəzər Lənkəran” – AZAL qarşılaşması ilə başlayacaq. Çempionluğun taleyi baxımından həlledici əhəmiyyət daşıyan “Qəbələ” – “İnter” və “Qarabağ” – “Sumqayıt” oyunları isə eyni vaxtda başlayacaq.
XXIV tur
15 may (cümə)
17:00. “Simurq” – “Bakı”
Zaqatala şəhər stadionu
16 may (cümə)
18:00. “Xəzər Lənkəran” – AZAL
“Xəzər Lənkəran” mərkəzi stadionu
20:00. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Sumqayıt”
“Bakcell Arena”