[b]Topaz Premyer Liqası: VIII turun görüşlərinin vaxtı dəqiqləşdi[/b]
13.10.2014 - 16:31
[b]Topaz Premyer Liqası: VIII turun görüşlərinin vaxtı dəqiqləşdi[/b]

Topaz Premyer Liqasında VIII turun görüşlərinin vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra keçiriləcək turun görüşləri 3 gün davam edəcək.

 

Mərkəzi qarşılaşma “Qarabağ” və “Qəbələ” arasında baş tutacaq. Qarşılaşma VIII turun ilk oyun günündə keçiriləcək və saat 19:30-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

 

 

VIII tur

17 oktyabr (cümə)

 

16:00. “Sumqayıt” – “Neftçi”

“Kapital Bank Arena”

 

19:30. “Qarabağ” – “Qəbələ”

Tofiq Bəhramov adına Respublika stadionu

 

18 oktyabr (şənbə)

 

15:00. “Araz Naxçıvan” – AZAL

Naxçıvan Muxtar Respublika stadionu

 

18:00. “İnter”- “Simurq”

“İnter Arena”

 

19 oktyabr (bazar)

 

17:00. “Xəzər Lənkəran” – “Bakı”

“Xəzər Lənkəran” mərkəzi stadionu