Topaz Premyer Liqası: X turun hakim təyinatları açıqlandı
28.10.2014 - 11:10
Topaz Premyer Liqası: X turun hakim təyinatları açıqlandı

Topaz Premyer Liqasında II dövrənin hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq X turun qarşılaşmalarında ədaləti qoruyacaq hakimlər arasında üç FİFA referisindən ikisi də olacaq.

 

Çempionatın liderləri “İnter”lə “Qarabağ” arasında mərkəzi oyun da beynəlxalq dərəcəli hakim Əliyar Ağayevə həvalə olunub. Digər FİFA referisi Rəhim Həsənov isə turnir cədvəlindəki “qonşular” – “Sumqayıt”la “Xəzər Lənkəran”ın matçında fit çalacaq.

 

X tur

29 oktyabr (çərşənbə)

 

14:00. “Araz Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu

14:00. “Bakı” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçilər: İnqilab Məmmədov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
“Kapital Bank Arena”

17:00. AZAL – “Simurq”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
“AZAL Arena”

 

18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
“İnter Arena”
 

0