Topaz Premyer Liqası: XXIII turun ən yaxşısı bəlli oldu
25.02.2014 - 10:21
Topaz Premyer Liqası: XXIII turun ən yaxşısı bəlli oldu

Topaz Premyer Liqasında XXIII turun rəmzi komandası açıqlanıb. Apasport.az xəbər verir ki, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Andrey Popoviç (“Sumqayıt”)

Müdafiəçilər – Yure Travner (“Bakı”), Bədavi Hüseynov (“Qarabağ”), Mario Abrante Alvares (“Bakı”), İlkin Qırtımov (“Simurq”)

Yarımmüdafiəçilər – Rəhman Hacıyev (“Sumqayıt”), Riçard Almeyda (“Qarabağ”), Alberto Noquera (“Bakı”), Mirzağa Hüseynpur (“Sumqayıt”)

Hücumçular – Nedo Turkoviç (AZAL), Ruslan Nəsirli (“Sumqayıt”)

Turun ən yaxşı oyunçusu isə “Sumqayıt”ın qapıçısı Andrey Popoviçdir.