Topaz Premyer Liqası: XXX turun hakimləri açıqlandı
15.04.2015 - 16:43
Topaz Premyer Liqası: XXX turun hakimləri açıqlandı

Topaz Premyer Liqasının XXX turun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 17-də baş tutacaq qarşılaşmaların hərəsində 4 hakim ədaləti qoruyacaq.

 

Belə ki, görüşlərdən heç birində əlavə hakim köməkçiləri olmayacaq. Turun hər iki matçı FİFA referilərinə tapşırılıb.

 

Belə ki, “Neftçi” – “Qəbələ” oyununda Əliyar Ağayev, “Simurq” - “Qarabağ” görüşündə isə Rəhim Həsənov fit çalacaq. Digər beynəlxalq dərəcəli hakim Orxan Məmmədov AZAL – “Sumqayıt” qarşılaşmasında baş hakim funksiyasını yerinə yetirəcək.

 

XXX tur

17 aprel (cümə)

16:00. “Bakı” – “İnter”

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. AZAL – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov
“AZAL Arena”

18:00. “Simurq” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov
Zaqatala şəhər stadionu

20:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov
“Bakcell Arena“