Topaz Premyer Liqasının XXX turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, eyni gündə keçiriləcək turun qarşılaşmalarına autsayderlərin oyunları ilə start veriləcək.
Aprelin 17-də baş tutacaq ilk matçlarda “Bakı” “İnter”i qəbul edəcəksə, “Sumqayıt” səfərdə AZAL-la qarşılaşacaq. Hər iki görüş saat 16:00-da başlayacaq. İki saat sonra isə əyalətdəki yeganə matça – “Simurq” – “Qarabağ” görüşünə start veriləcək.
Tura mükafatlara iddialı “Neftçi” və “Qəbələ” arasında matçla yekun vurulacaq. Oyun saat 20:00-da başlayacaq.
XXX tur
17 aprel (cümə)
16:00. “Bakı” – “İnter”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
16:00. AZAL – “Sumqayıt”
“AZAL Arena”
18:00. “Simurq” – “Qarabağ”
Zaqatala şəhər stadionu
20:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena“
Mənbə: pfl.az