“Böyük beşlik” ölkələrinin çempionatlarında çıxış edən yerli və legioner oyunçuların ümumi saydakı çəkisi açıqlanıb. Apasport.az saytının məlumatına görə, İspaniya, İngiltərə, İtaliya. Fransa və Almaniya çempionatlarında çıxış edən oyunçuların 45,9 faizi əcnəbilərdi. Bu isə yeni rekorddu.
İngiltərədə bu rəqəm daha yüksəkdi – 74 faiz. İtaliyada 49,9, Almaniyada 44,3, İspaniyada 36,5, Fransada isə 29,3 faiz oyunçu legionerdi.
Müqayisə üçün Topaz Premyer Liqasının arxada qalan 11 turunda meydana çıxan 225 futbolçudan 128-i yerli, 97-si əcnəbidi. Gəlmələr ümumi sayın 43,1 faizini təşkil edir.
Lakin legionerlərin 16-sı milliləşdiyindən əcnəbi statusluların sayı 81-ə qədər azalır. Bu isə 36 faizə bərabərdi.