Topaz Premyer Liqasında 3 cəzalı
03.11.2014 - 13:38
Topaz Premyer Liqasında 3 cəzalı

Topaz Pemyer Liqasının XI turundan sonra 3 futbolçu sarı vərəqə limitinə görə cəzalı duruma düşüb. Apasport.az saytının məlumatına görə, 4-cü sarı vərəqəsini alan üç oyunçudan ikisi “Qəbələ”nin üzvüdür.

 

Əyalət klubunun dayaq yarımmüdafiəçiləri Elvin Camalovla Ruslan Abışov növbəti turda komandalarına kömək edə bilıməyəcək. “Qəbələ” noyabrın 20-də AZAL-ın qonağı olacaq.

 

Aleksandr Çertoqanov isə “Sumqayıt”a kömək edə bilməyəcək. Təcrübəli futbolçunun komandası növbəti turda 2Araz-Naxçıvan”la qarşılaşmalıdır. Lakin bu oyunun baş tutması sual altındadı. Çünki Naxçıvan təmsilçisi fəaliyyətini dayandırdığını bəyan edib.