[b]Topaz Premyer Liqasında 5 futbolçu mövsümü bitirdi[/b]
13.05.2018 - 15:02
[b]Topaz Premyer Liqasında 5 futbolçu mövsümü bitirdi[/b]

Topaz Premyer Liqasının XXVII turu 5 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, bu oyunçulardan ikisi qırmızı, üçü sarı vərəqə üzündən son turu buraxmalı olacaq.

 

Mövsümü başa vuranlardan ikisi “Zirə”nin legionerləridi. Milan Duriç “Kəpəz”lə oyunda meydandan qovulubsa, Jozef Bum sarı vərəqə sayını 4-ə çatdırıb. Onlar “Sumqayıt”la mayın 20-də keçiriləcək görüşü buraxmalı olacaq.

 

“Zirə”ylə matçda qırmızı vərəqə alan Kamran Abdullazadə son turda “Kəpəz”ə kömək etməyəcək. O, mayın 20-də “Neftçi”yə qarşı ev oyununda istirahət edəcək.

 

Sonuncular da matça itki ilə çıxacaq. “Səbail”lə oyunda sarı vərəqə alan Derlis Meza Kolli mövsümdə 4-cü xəbərdarlıqla cəzalanıb.

 

Azərbaycan çempionu “Qarabağ” da itki ilə üzləşib. Ağdam klubu Donald Geryenin xidmətindən məhrum olub. “Keşlə” ilə qarşılaşmada cəzalanan haitili “Qəbələ” ilə səfər matçına yollanmayacaq.