Transferdə anlaşa bilmədilər, istefa verdi
28.06.2015 - 16:04
Türkiyə Superliqasında gözlənilməz baş məşqçi istefası yaşanıb. Apasport.az saytının məlumatına görə, "Mərsin İdman Yurdu"nun çalışdırıcısı Rza Çalımbay klubla yollarını ayırıb.
Yerli mətbuata danışan 52 yaşlı mütəxəssis rəhbərliklə transfer məsələlərində anlaşa bilmədiklərini və qarşılıqlı razılıq əsasında vidalaşdıqlarını deyib.
Xatırladaq ki, mütəxəssis ötən mövsümün əvvəlindən Mərsin təmsilçisini çalışdırırdı. Komanda onun rəhbərliyi altında mövsümü 7-ci pillədə bitirib.
0
0