“Mən millidə yeniyəm. Yəqin ki, sabah qələbə qazanarıq”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının hücumçusu Tuğrul Erat deyib.
Almaniyanın “Fortuna” klubunda çıxış edən 21 yaşlı hücumçunun əsas millimizdə debüt etmək şansı var. Sabah Fillipinlə yoldaşlıq matçında meydana çıxacağı gözlənilən 21 futbolçu təəssüratların bölüşüb: “Millidə yaxşı futbolçular var. Gələcəkdə Almaniya və Türkiyə millilərində də oynamaq şansım vardı. Azərbaycanı seçdiyim üçün peşman deyiləm. Hər şeyi fikirləşib, qərar vermişəm. Klubumda vurduğum qolların davamını yığmada da gətirəcəyəm”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”