Türam “Soşo” ilə anlaşdı
27.06.2015 - 01:04
Türam “Soşo” ilə anlaşdı

Markus Türam ilk peşəkar müqaviləsini imzalayıb. Apasport.az saytının məlumatına görə, 17 yaşlı gənc futbolçu “Soşo” ilə anlaşıb.

 

Fransa milli komandasının keçmiş müdafiəçisi Lilian Türamın oğlu olan Markus qarşıdakı üç ili “Soşo”da keçirəcək.

 

Qeyd edəki ki, ötən mövsümü klubun 2-ci komandasında keçirən gənc hücumçu 20 oyunda meydana çıxıb və 3 qola imza atıb.