Türk futbolçu nəhənglərin diqqət mərkəzində
15.01.2016 - 21:23
Türk futbolçu nəhənglərin diqqət mərkəzində

Almaniyanın “Mainz" klubunun futbolçusu Yunus Mallı “Borussia”nın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Dortmund klubu 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

 

Bundesliqa nəhəngi türk futbolçu üçün 12 milyon avro ödəməyə hazırdı. “Borussia”nın baş məşqçisi Tomas Tuxel türk oyunçunu "Mainz"da işlədiyi dönəmdən tanıyır.

 

O, keçmiş futbolçusunun transferində israrlıdı.

 

Qeyd edək ki, "Borussia"dan başqa Mallının xidmətlərində "Şalke" və "Tottenham" də maraqlıdır.