Bu yay klubunu dəyişməyə hazırlaşan türk futbolçu Arda Turanla PSJ ilə bərabər “Milan”ın da maraqlandığı bildirilirdi. Apasport.az saytının “Football-İtalia”ya istinadən məlumatına görə, futbolçunun meneceri müştərisinin “rasioner”lərin sırasına qoşulmaq xəbərini ümumiyyətlə istisna edir.
PSJ-nin daha öndə olduğunu bildirən agent Ahmet Bulut bunda klubun Avrokuboklarda çıxış etməsinin əsas rol oynadığını deyib:
“Milan” Arda üçün variantlar arasında yer almır. Ona görə ki, komanda bu mövsüm Avrokuboklarda çıxış etməyəcək. Ancaq PSJ tamamilə uyğun gəlir. Çünki müştərim Çempionlar Liqasında çıxış etmək istəyir”.