Türkiyə yığması millimizdən qisasını aldı
24.02.2014 - 17:31
Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək qız futbolçulardan ibarət millimiz Türkiyədə ikinci yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, futbolçularımız ilk görüşdə qarşılaşdıqları Türkiyə millisini yenidən sınağa çəkib.
2 gün əvvəl meydan sahiblərinə avtoqolla qalib gələn yığmamız bu dəfə özü minimal hesabla məğlub olub. Türkiyə yığmasının kapitanı və hücumçusu olan Ebru Topçu 79-cu dəqiqədə penaltidən dəqiq yararlanıb.
Qeyd edək ki, millimiz toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0