Türkiyə yığması üçün azərbaycanlı
11.09.2014 - 12:11
Türkiyə yığması üçün azərbaycanlı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının seçmə mərhələsinin oyununda iştirak edəcək.

 

Belə ki, Xudiyev Ukrayna - Türkiyə oyununun hakim-inspektoru olacaq. Bu qarşılaşma sentyabrın 13-də keçiriləcək.

 

Mənbə: affa.az