Türkiyə Superliqa klubunda şok ayrılıq baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Akhisar” baş məşqçisi Cihat Arslanla vidalaşıb.
Superliqada cəmi 2 tur geridə qalmasına baxmayaraq, Arslanın istefa xəbəri yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Rəhbərliklə görüşən çalışdırıcı iclasdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb. Buna səbəb kimi, transfer məsələlərində tərəflər arasında fikir ayrılığının yaranması göstərilir.
Qeyd edək ki, “Akhisar” cari mövsümün ilk iki turunda “Kayserispor”a (2:0) qalib gəlib, ardından “Qalatasaray”a (1:3) məğlub olub.