Türkiyəli futbolçu “İnter”də indiki komandasından az qazanacaq
07.05.2016 - 17:11
Türkiyəli futbolçu “İnter”də indiki komandasından az qazanacaq

“Fənərbaxça”nın müdafiəçisi Caner Erkinin İtaliya “İnter”inə keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli futbolçunun yeni komandası ilə bağlayacağı müqavilənin detalları məlum olub.

 

Tərəflər arasındakı razılığa görə, Caner Milan təmsilçisi ilə 3 illik sazişə qol çəkəcək. Hazırda “Fənər”də illik məvacibi 2 milyon avro olan 28 yaşlı oyunçu “İnter”də bundan az – 1,8 milyon avro maaş alacaq. İstanbul nəhəngi ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq Türkiyə millisinin üzvü italyanlara azad agent kimi keçəcək. Artıq gələn həftə keçidin rəsmən açıqlanması gözlənilir.

 

Qeyd edək ki, Caner Erkin 2007-2010-cu illərdə Moskva MOİK-ində legioner həyatı yaşayıb.