Belçikada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start verilib. Apasport.az saytının məlumatına görə, A və B qruplarında baş tutan oyunlardan sonra 1/4 finala vəsiqə qazanan 3 komanda müəyyənləşib.
B qrupunda Hollandiyanın Portuqaliyaya məğlub olması ilə “narıncılar” üçün qonşu ölkəyə səyahət başa çatıb. Qrup sonuncusu olan hollandları məğlub edən Rusiya ilə Portuqaliya isə növbəti raunda yüksəlib. Bu iki komanda son turda qrup qalibinin adına aydınlıq gətirməlidir.
A qrupunda isə Ukraynaya məğlub olan Rumıniya növbəti mərhələyə yüksəlib. Ən pis halda 2-ci olacaq rumıniyalıların tutacağı yer isə son turda müəyyənləşəcək. Lakin onlar hər 3 komandanın eyni xal toplayacağı halda belə sonuncu olmayacaq.
Qeyd edək ki, C qrupunda mübarizə aparan Azərbaycan yığması ilk matçına bu gün çıxacaq. Komandamız Sloveniya ilə görüşəcək.
Futzal üzrə Avropa çempionatı
Qrup mərhələsi
II tur
A qrupu
Rumıniya – Ukrayna – 0:1
|
1 |
Rumıniya |
2 |
1 |
0 |
1 |
6-2 |
3 |
|
2 |
Ukrayna |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3 |
Belçika |
1 |
0 |
0 |
1 |
1-6 |
0 |
B qrupu
Hollandiya - Portuqaliya – 0:5
|
1 |
Rusiya |
1 |
1 |
0 |
0 |
7-1 |
3 |
|
2 |
Portuqaliya |
1 |
1 |
0 |
0 |
5-0 |
3 |
|
3 |
Hollandiya |
2 |
0 |
0 |
2 |
1-12 |
0 |