UEFA “Barselona”lı futbolçulardan ÇL-in medalını qaytarmağı istədi
09.06.2015 - 16:13
UEFA “Barselona”lı futbolçulardan ÇL-in medalını qaytarmağı istədi

“Barselona” futbolçularından UEFA Çempionlar Liqasında (ÇL) qazandıqları qızıl medal geri alınacaq. Apasport.az saytı xəbər verir ki, buna UEFA-nın yeni qaydaları səbəb olub.

 

Bu qaydaya əsasən, ÇL-i qazanan komandanın heyətində yalnız turnir boyu iştirak edən futbolçulara medal düşür. Bunun üçün mövsüm ərzində 1 dəqiqə də olsa, meydançaya ayaq basmaq vacibdi.

 

“Barselona”da isə 4 futbolçu – qapıçılar Klaudio Bravo, Xordo Masip və müdafiəçilər Tomas Vermalenlə Duqlas Pereyra mövsüm ərzində ən yaxşı halda ehtiyatda oturublar. UEFA da adıçəkilən futbolçulardan onlara verilən medalın geri qaytarılmasını tələb edib.