UEFA Hollandiyanın “Feyenoord” klubunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Rotterdam təmsilçisi avrokuboklardakı növbəti ev oyununu tamaşaçısız keçirməli olacaq.
Buna klubun fanatlarının Avropa Liqasının 1/16 final mərhələsinin “Roma” ilə oyunundakı (1:2) hərəkətləri səbəb olub. Hollandiyalılar İtaliya təmsilçisinin futbolçusu Jervinyoya şişirdilmiş banan atıblar.
Azarkeşlərin bu hərəkətini irqçilik kimi dəyərləndirən UEFA “Feyenoord”a 50 min avro cərimələnməsini də məqsədəuyğun sayıb. Hollandiyalıların tribunalardakı hərəkətləri klubun daha 50 min avro və 2 il sınaq müddətinə 1 oyunluq şərti cəza ilə nəticələnib.