UEFA Super Kuboku matçına biletlərin satışını təşkil edən Gürcüstanın müvafiq saytında yaranmış texniki problemlər artıq Avropanın ali futbol qurumunu da narahat etməyə başlayıb. Apasport.az saytının məlumatına görə, UEFA gürcülərə mövcud problemləri aradan qaldırmaq üçün 2 sutka vaxt verib.
Bu barədə Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinava məlumat verib:
“Bizim UEFA ilə danışığımız oldu. Onlar biletlərin onlayn satışını təşkil edən şirkətə 48 saat vaxt veriblər, əgər texniki nasazlıq aradan qaldırılmasa, biz özümüz UEFA ilə birlikdə B planına keçəcəyik”.
Federasiya prezidenti ehtiyat variantın təfərrüatlarını açıqlamayıb.