[b]UEFA kubokunun qalibi “Qarabağ”ı göylərə qaldırdı[/b]
01.11.2014 - 21:14
[b]UEFA kubokunun qalibi “Qarabağ”ı göylərə qaldırdı[/b]

“Azərbaycan futbolu inkişafdadı. Məsələn, “Qarabağ”. Bu komanda “Dnepr”lə oyunda mənim çox xoşuma gəldi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Kiyev “Dinamo”sunun sabiq baş məşqçisi Leonid Buryaka məxsusdu.

 

Ukrayna futbolunun canlı əfsanəsi, 5 qat SSRİ çempionu, 1975-ci ildə UEFA kuboku və UEFA Superkubokunun qalibi olan 61 yaşlı mütəxəssis Dnepropetrovsk təmsilçisi “Dnepr”in Avropa Liqasındakı çıxışını dəyərləndirərkən, “Qarabağ” haqda da xoş sözlər deyib.  

 

Onun fikrincə, “Qarabağ”ı zəif komanda hesab edənlər yanılırlar: “Bu komanda qrupdan növbəti mərhələyə yüksəlməyə iki real namizəddən biridi. “Qarabağ” gördüyüm yeganə Azərbaycan komandası deyil. Bəzi klublarının da çıxışını izləmişəm. Azərbaycanda futbolun inkişafda olmasını “Qarabağ” əyani şəkildə sübut edir. “Dnepr” bu komandaya Kiyevdə uduzdu, səfərdə də çox ağır olacaq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçı noyabrın 6-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.