UEFA AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibləri İtaliya və Xorvatiyanı cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, buna sözügedən komandaların noyabrın 16-da Milan şəhərində keçirilən oyununda baş verən xoşagəlməz hadisələr səbəb olub.
Artıq ali futbol qurumu bununla bağlı intizam işi açıb.
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan İtaliya – Xorvatiya matçı qarşılaşmanın 75-ci dəqiqəsində qonaq komandanın əyləşdiyi tribunada qarışıqlıqlara görə dayandırılıb. Oyun 10 dəqiqədən sonra yenidən davam edib.
UEFA-dan bildirilib ki, italiyan azarkeşlər günhgar sayılır. Xorvat fanatlar isə irqçi davranışı və stadiona yanan maddələr atmasına görə ittiham edilir.
UEFA-nın Nəzarət-İntizam və etik instansiyası işə dekabrın 11-də baxacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı