UEFA Rumıniya və Macarıstan Futbol Federasiyalarını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb AVRO-2016-nın seçmə mərhələsində keçirilən Rumıniya - Macarıstan qarşılaşmasında hər iki komandanın azarkeşləri arasında insident yaşanması olub.
Ali futbol qurumu 1:1 hesabı ilə başa çatan matçda meydan sahiblərinin fanatlarının havaya fişəng atmaları, macarların isə buna stadionun oturacaqlarını sındıraraq cavab vermələri və irqçi davranışlarından sonra hər iki millinin futbol federasiyasını cərimələyib.
Belə ki, UEFA Rumıniya Futbol Federiyasına 32 min, Macarıstan Futbol Federasiyasına isə 30 min avro məbləğində pul cəzası kəsib. Bundan başqa, hər iki ölkənin yığmalarının ilk ev matçında stadionun müəyyən sektorlarına azarkeşlər buraxılmayacaq.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”