UEFA Uels Futbol Assosiasiyasını cəzalandıracaq
10.09.2014 - 18:48
UEFA Uels Futbol Assosiasiyasını cəzalandıra bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb azarkeşin meydana daxil olmasıdır.
Belə ki, AVRO-2016-nın qrup mərhələsinin ilk oyununda britaniyalılar səfərdə Andora yığması ilə qarşılaşmasının 81-ci dəqiqəsində Qaret Beylin qolundan sonra uelsli fanat meydana qaçıb. Bu da Uels Futbol Assosiasiyasının intizamsız davranışı kimi göstərilir.
Qeyd edək ki, UEFA bununla bağlı işə oktyabrın 16-da baxacaq.
0
0