Türkiyə PTT I Liqasının növbəti turunun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın komandası “Qaziantep BB” “Manisaspor”un qonağı olub.
Matç meydan sahiblərinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Təmsilçimizin komandasının qələbə qazandığı görüşdə Budak meydana ilk “11-lik”də çıxıb və 90 dəqiqə forma geyinib.
“Manisaspor”un heyətində isə yığmamızın digər üzvü Branimir Subaşiç də hər iki hissəni oynaya bilib, lakin qarşılaşmanın sonuncu dəqiqəsində passivinə qırmızı vərəqə yazdıraraq meydandan qovulub.
Qeyd edək ki, hazırda “Qaziantep BB” 38 xalla 9-cu pillədədi.